Gülden Qaraböcək Nisə Qasımovanın qonağı olacaq
01 noyabr 2010 14:12 (UTC +04:00)

Gülden Qaraböcək Nisə Qasımovanın qonağı olacaq

Xalq artistinin Lent.az-a verdiyi məlumata görə, layihənin ilk konserti 13 noyabrda Heydər Əliyev Sarayında baş tutacaq. “Ulduzlar görüşəndə”nin ilk qonağı “Sən evlisən” mahnısı ilə Azərbaycanda və Türkiyədə sevilən türk sənətçisi Gülden Qaraböcək olacaq.


Qeyd edək ki, layihə xalq artistinin rəhbərlik etdiyi “Kainat prodakşn”ın təşkilatçılığı ilə həyata keçirilir. Layihə çərçivəsində Bakıda türk və əcnəbi sənətçilərin konsertləri təşkil olunacaq. Konsertlər uzun illər aparıcılıq təcrübəsi olan Nisə Qasımovanın təqdimatı ilə həyata keçiriləcək. Nisə Qasımova aparıcılıq missiyasını həyata keçirməklə yanaşı qonaq sənətçi ilə səhnəni həmçinin bir həmkar kimi bölüşəcək. Layihənin şərtlərinə görə dəvət olunacaq hər müğənni Nisə Qasımovanın repertuarından mahnı ifa etməlidir. Həmçinin Nisə Qasımova da öz növbəsində qonaq sənətçinin repertuarına müraciət edəcək.


Qeyd edək ki, konsertinin biletləri artıq satışdadır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar