Məşhur aktyor proqrama ət pariki ilə çıxdı – FOTO
Lent.az-ın “CBS” telekanalına istinadən verdiyi məlumata görə, kinoaktyor onu bu addıma müğənni Ledi Gaganın ruhlandırdığını bildirib.
Bryus Uils Lettermanla söhbətində Ledi Gaganı ağılsız qadın da adlandırıb: “Bu hamısı naturaldır. Bu mənim ət parikimdir. Məni bu addıma o ruhlandırdı... adı nə idi ağılsız qadının? Hə, dəqiqdir, Ledi Gaga! Başımdakı 100 faiz natural mal ətidir, filedir”. Sonra aktyor teleaparıcının ac olub-olmadığını soruşub və ona ət parikindən dadmağı təklif edib.
Aktyor çəngəl, duz və istiot çıxarıb, başındakı pariki istiotlayaraq duzlayıb və çəngəli Lettermana uzadıb: “Amma başımda ehtiyatlı olun”. Letterman təklifdən imtina etməsə də, əti bir qədər çeynəyəndən sonra pərdə arxasına keçib və tüpürüb.
Xatırladaq ki, sentyabr ayında Los-Ancelesdəki “MTV Video Music Awards 2010”ın mükafatının təqdimetmə mərasimi zamanı səhnəyə ətdən düzəldilən geyimdə çıxıb. Onun paltarı, ayaqqabıları, çantası, şlyapası ətlə bəzədilib. Onun geyimi etiraz doğurmaqla yanaşı, ən zövqsüz geyimlər reytinqinə daxil edilib.

800