Ajda Pekkan: “Atam məni çox döyürdü”
14 mart 2009 10:00 (UTC +04:00)

Ajda Pekkan: “Atam məni çox döyürdü”

“Bəlkə də atam tərəfindən zorakılığa məruz qalmağım sayəsində bu gün Ajda Pekkan olmuşam”
Türkiyənin pop ulduzlarından olan Ajda Pekkan uşaq yaşlarında atası tərəfindən fiziki təzyiqə məruz qalıb.
Lent.az-ın məlumatına görə, müğənni “NTV” kanalında yayımlanan “Haydi, gəl bizimlə ol” proqramında maraqlı açıqlamalar verib. O, hərbçi olan atasının ev xanımı olan anası ilə sevərək ailə qurmadıqlarını deyib: “Sonralar öyrəndim ki, onlar bir-birlərini əvvəldən tanımayıblar, bir vasitəçinin sayəsində evləniblər. Biz uşaq olanda neçə dəfə boşanıb, barışdılar. Yola getmirdilər, bir-birlərini başa düşmürdülər. Onlara dalaşanda evdə qiyamət qopurdu. Məncə, onların xarakteri bir-birinə uymurdu”.
Super star ailə daxilində fiziki təzyiqin uşaqların psixologiyasına ciddi təsir etdiyini vurğulayıb: “Qadınların zorakılığa məruz qalması içimi göynədir. Mənim də ailəmdə belə şeylər olub deyə, o qadınları başa düşürəm. Mən belə şeylərə görə həyatımı tək başına qazanmağa qərar vermişəm. Özümə söz verdim ki, heç bir kişinin minnətini götürməyəcəyəm. Bəlkə də atam tərəfindən zorakılığa məruz qalmağım sayəsində bu gün Ajda Pekkan olmuşam”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395

Oxşar yazılar