Səfurə Əlizadə: “ Əlbəttə, mən birinci olmalı idim!” - MÜSAHİBƏ
“Eurovision-2010” Mahnı müsabiqəsində Azərbaycana 5-ci yer qazandıran Səfurə Əlizadə 31 mayda Bakıya dönüb. Lent.az-ın məlumatına görə, müğənni Heydər Əliyev adına hava limanında jurnalistlərin suallarını cavablandırıb. Müğənni suallardın əvvəl özü danışıb, təəssüratlarını bölüşüb:
- Mən özümü xoşbəxt hiss edirəm. O günlər üçün darıxacam. Amma mən davam edirəm. İnşallah, Azərbaycanı xarici ölkələrdə təmsil edəcəm.
- Nəticədən razı qaldın?
- Mən söz vermişdim ki, öz nömrəmi layiqincə ifa edəcəm. İfamı gözəl tərəfdən göstərə bildim.
- Həyəcanlı idin?
- Həyəcan finalda oturduğumuz otaqda var idi. Çox pis idim. Fikrimi çatdıra bilmərəm. Çünki həddindən artıq qəribə hissdir. Lakin zalın özü, səhnəyə baxan insanlar məni elə gözəl qarşıladılar ki, çox sevindim və məni həyəcan bürüdü. Mən fikirləşirdim ki, öz nömrəmi ifa edərəm. Və öz vətənimi təmsil edərəm.
- Deyilənə görə müsabiqədə ən bahalı paltar sənin idi.
- Bəli, paltar altı həftəyə tikilib. Modelyerlər Tayni Cill, Toni Betman və s. populyar ulduzlarla işləyənlər idi. O paltarla səhnədə hərəkət etmək çətin idi, üstündə işıqlar var idi.
- Azərbaycan nümayəndə heyəti səni yetərincə dəstəkləyə bildi?
- Əlbəttə. Dəstəyi hiss edə bildim. Mənə dəstək olan insanlara da demək istəyirəm ki, mən sizi çox sevirəm. Sağ olun ki, mənə dəstək oldunuz. Bu mənə böyük güc verdi.
- Səfurə birinci olmamaq üçün sənə nə mane oldu?
- Mane oldu deyə bilmərəm. Hər bir detallarına kimi əlimdən gələni etdim. Sadəcə, hər şeyi SMS həll etdi.
- Amma favorit idin...
- Yox, mən favoritlikdən düşmədim. Bukmeykərlərin seçimi ilə birinci yerdə idim. Əksinə, son günə kimi birinci idim. Bu, sadəcə, səsvermədir.
- Özündən başqa kimi bəyəndin?
- Mən Türkiyəni çox bəyənirdim. Mahnıları yaxşı idi. Bu yarışma çox çətin idi, çünki bu il balladalar çox idi. Başa düşə bilmirəm, onlar niyə beşliyə girə bilmədilər.
- Üçlüyə düşənlər arasında layiq olmayan var idi?
- Mən bunu deyə bilmərəm, çox normal çıxış edirdilər, super deyə bilmərəm, mən düzünü deyirəm.
- Ədalətli seçim olsa idi, birincilik kimin olmalı idi?
- Əlbəttə, mən birinci olmalı idim!
- Səni ruhdan salmaq üçün provokasiyalar var idi?
- Yox, mən heç nəyə fikir vermirdim. Bəlkə də çalışırdılar, lakin mən fikir vermirdim və heç nəyə də baxmırdım.
- Yarımfinalda azərbaycanca danışdın. Bunu bilərəkdən etdin? Sən ingilis dilini pis bilmirsən.
- Belə deyim də, öz dilimdə danışmaq daha yaxşı idi. Hərdən ingilis dilində də cavab verirdim.
- Sənin müsahibələrindən sonra Avropa mətbuatında belə bir xəbər yayıldı ki, Azərbaycanda yaşayan gürcüstanlı xanımsan.
- Yox, mən belə xəbər eşitməmişdim. Mən azərbaycanlıyam.
- Yorğun görünürdün səhnədə.
- Biz orda dayanmadan məşq edirdik. İnanın mənə, çox çalışdım. Səhnədə əlimdən gələni etdim.
- Biz bu il üçlükdən beşinciliyə düşdük. Yerimizi qoruya bilmədik.
- bəli, bu mənim üçün də yaxşı deyildi. Lakin beşinci yeri alandan sonra mənə hamı yaxınlaşırdı, deyirdi ki, mən birinciliyə layiqəm. Mənə insanların fikri vacibdir. Mən layiqəm birinci yerə. Mənə aysel də dəstək oldu. Araş da zəng vurmuşdu.
- Yarımfinalda çıxışın zəif idi. Bunu hiss edə bildinmi? Səndə ancaq yorğunluq hiss olunurdu. Elə bil güclə özünü toplayıb səhnəyə çıxmışdın. Beşincilik onun nəticəsi ola bilərmi?
- Yox, mən belə deməzim. Sadəcə, yarımfinaldan əvvəl çoxlu ölkələr tədbir edirdi. Mən də getməyə bilməzdim. Mənə də lazım idi ora gedəm. Bu hörmət deməkdi. Mən yaxşı tərəfimi göstərdim. Bəlkə də yorğunluq olmuşdu, bunu siz görə bilərsiniz. Amma mən hiss etmirəm. Mən özümü ümumiyyətlə psixoloji dəyişdirirəm. Energetik özümü hiss edirəm.
- Deyirlər ən bahalı oteldə qalmısan.
- Otellər çox idi, amma biz “Radison Plaza”da qalırdıq. Mənə dəstək olan, lakin hava limanında qarşılamayan insanlara təşəkkür edirəm.
Lalə Yusifqızı

1745