Aygün Kazımova ilə Röya barışdılar!
Dünən Azərbaycan şou-biznesində bəlkə də son illərin ən yaddaqalan və ibrətamiz hadisəsi baş verib: xalq artisti Aygün Kazımova ilə tanınmış müğənni Röya Ayxan barışıblar.
Lent.az-ın “show-biznes.az”-a istinadən məlumatına görə, paytaxtın istirahət məkanlarından birində Namiq Qaraçuxurlunun vasitəçiliyi ilə bir araya gələn hər iki xanım sənətçi aralarında olan incikliyi unutduqlarını bildirib və bir-birinin sənətini sevdiklərini dilə gətiriblər. Görüşdə Röyanın həyat yoldaşı Anar Əliyev də iştirak etsə də bu görüş mətbuatdan gizli saxlanıb. Sonra Aygün və Röya birlikdə Faiq Sücəddinovun “Təkcə səni” mahnısını birlikdə zümzümə ediblər. Şam edəndən sonra xoşbəxt cütlüklər bundan sonra daha da mehriban olacaqlarına söz verərək, öpüşüb ayrılıblar. Röya restorandan çıxanda Anarın avtomobilinə deyil, Aygünün idarə etdiyi ağ rəngli “BMW750li” markalı avtomobilə əyləşərək, oradan uzaqlaşıb.
Qeyd edək ki, məşhur müğənnilər Aygün və Röya arasında narazılıq məhz elə Faiq Sücəddinovun “Təkcə səni” mahnısına görə yaranmışdı. Mahnı əvvəlcə Aygün Kazımovaya təqdim olunsa da, müğənninin bir il davam edən sükutundan sonra bəstəkar mahnını Röyaya təqdim edib. Bundan xəbər tutan Aygün dərhal mahnını ikinci dəfə ifa edib.
Röyanın “Təkcə səni”ni ekranlaşdıracağından xəbər tutanda isə Aygün Kazımova bu dəfə də onu qabaqlamaq niyyətilə dərhal klipmeyker Fuad Əlişovun komandasını toplayaraq, bir gecənin içində klip çəkdirib və bəyan edib ki, klip çəkmək ideyası Fuada məxsusdur və o, xanım sənətçiyə bunu hədiyyə edib. Röya isə Aygünün bir günə çəkdirdiyi klipini “primitiv bir ekran işi” adlandıraraq, sonradan özü də həmin mahnıya klip çəkdirmişdi və bütün bunlar xeyli müddət idi ki, sevilən müğənnilərin küsülü qalmasına səbəb olmuşdu.

623