
NEXT konsertdən öncə Ukraynadakı səfirimizlə görüşüb
Məlum olduğu kimi, bu gün NEXT qrupu Ukraynanın paytaxtı Kiyev şəhərində “Love for sale” adlı solo konsert proqramı ilə çıxış edəcək. “İrəli” Gənclər İctimai Birliyi və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə təşkil olunan konsert Kiyevin sayılıb-seçilən Maup kino konsert zalında baş tutacaq. Qrupun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konsertdən öncə NEXT qrupunun Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə görüşü baş tutub. Səfir qrup üzvlərini təbrik edərək, onlara xoş sözlərini ünvanlayıb. Bundan əlavə səfir NEXT qrupunun üzvlərinin hər birinə Ukraynanın milli geyim və aksessuarlarını verib. Səfir Azərbaycanı Ukraynada belə yüksək səviyyədə təmsil etdikləri və möhtəşəm konsert proqramı ilə şəhərin qonağı olduqları üçün NEXT qrupuna minnətdarlığını bildirib.
Oxşar yazılar

Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
2 may 2025 , 19:07
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu QOYULDU
2 may 2025 , 18:11"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal variantı - VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04