
Aygün Bəylər jurnalistlərdən qaçmasının səbəbini açıqladı
“Mən bir az açığı mətbuatdan uzaq qaçıram”. Azərbaycanın əməkdar artisti Aygün Bəylər mətbuat təmsilçilərindən gen gəzməsinin səbəblərini Lent.az-a etiraf edib. Müğənni deyib: “Bir dəfə “Gəl səhərim” verilişinə çıxmışdım. Sevinirik, media hamısı gəlib! Aralarında bir qəzet jurnalisti də var idi. Özü də bildiyim qədər işə yeni gəlmişdi. Bizə sual verdi ki, necə oldu ki, sənətə gəldiz? Ramiz Mirişli də, mənim çox sevdiyim o insan – o vaxtlar musiqi redaksiyasının baş redaktoru idi. Bir dostum çəkiliş vaxtı mənə dedi ki, təzə mahnı yazdırmısan, “Özlədim”i. Gəl oxu, Ramiz müəllim bir səni eşitsin. Mənim də nağara çaldığım vaxtlar idi. Nə isə, gəldim, dostumun köməkliyi ilə, rəhmətlik Bəylər müəllimlə gəldik Ramiz müəllimin qəbuluna. Tanışlıq verdim ki, Ramiz müəllim, mən filan ansamblın tərkibində nağara çalırdım. İndi yadında qalmamışam da, balaca uşağam, dedi ay bala, oxumağı neynirsən, get dumbulunu çal. Mən bu zarafat dolu söhbəti qıza danışdım. Qız bunu gedib yazar, bu “dumbul” sözünü də başlıqda verər qəzetin üz səhifəsinə. Ramiz müəllim bizdən incidi, o qız özü də təhrif edib yazmışdı. Mən “dumbul” sözünün ləzzətindən danışmışdım”.
Aygün Bəylər bildirib ki, hazırda Ramiz Mirişli ilə münasibətləri normaldır: “Əla! Ona qurban olum. Mən Ramiz müəllimin mahnıları ilə böyümüşəm. Ramiz müəllimin mahnılarını oxumuşam. Allah ona can sağlığı versin. O, böyük ürəyin sahibidir. Onun silsilə mahnılarımı yazdıranda səhərədək studiyada yanımda olub, əziyyətimi çəkib”.
Lalə Yusifqızı
Aygün Bəylər bildirib ki, hazırda Ramiz Mirişli ilə münasibətləri normaldır: “Əla! Ona qurban olum. Mən Ramiz müəllimin mahnıları ilə böyümüşəm. Ramiz müəllimin mahnılarını oxumuşam. Allah ona can sağlığı versin. O, böyük ürəyin sahibidir. Onun silsilə mahnılarımı yazdıranda səhərədək studiyada yanımda olub, əziyyətimi çəkib”.
Lalə Yusifqızı
Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10