Müğənni Xəyyam Nisanov yeni diskini və saytını təqdim etdi
Fevralın 10-da müğənni Xəyyam Nisanov yeni DVD diskini və www.xayyam.az saytını mətbuat nümayəndələrinə təqdim edib. Lent.az-ın məlumatına görə, DVD diskdə müğənninin ötən il Qubada reallaşdırdığı “İstidir” adlı konserti yer alıb. Həmin konsertin rəhbəri Vaqif Gərayzadə olub. Diskdə həm də Xəyyamın bu günə qədər çəkdirdiyi “İstanbul”, “Elə-belə gəl”, “İndi bildim” və digər klipləri də yer alıb.
Qeyd edək ki, 4 ildir ifaçılıqla məşğul olan Xəyyam Nisanov mətbuata ilk və rəsmi veb səhifəsini təqdim edib. Saytda Xəyyamla interaktiv ünsiyyət imkanı da mövcuddur.
Müğənninin musiqi prodüseri Murad Arif Xəyyamın ifaçılıq potensialını yüksək qiymətləndirib və irəlidə bir neçə qeyri-adi layihələrlə tamaşaçıların qarşısına çıxacağını xəbər verib.
Xəyyam özü isə bir neçə aydan sonra təkrar görüşdükdə “hər şeyin daha fərqli olacağına” jurnalistləri əmin edib.
Lalə Yusifqızı

Oxşar yazılar

Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
2 may 2025 , 19:07
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu QOYULDU
2 may 2025 , 18:11"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal variantı - VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04