Samir Piriyevdən 10 kilo arıqlamaq tələb olunub - EKSKLÜZİV
Bir müddət əvvəl işləmək üçün Türkiyəyə gedən müğənni Samir Piriyev ölkəmizə qayıdıb. Müğənni gəlişinin səbəbini Lent.az-a açıqlayıb: “Albomum bir qədər ləngiyib, mart ayında çıxacaq. O vaxta qədər də verilişlərdə iştirakım bir o qədər çox olmayacaq. Çünki orada albom çıxmadan verilişlərdə iştirak etməyə şirkət icazə vermir. Belə ki, Fərhad Köçərin verilişinə dəvəti şirkət çətinliklə qəbul etdi”.
Samir Piriyevin müqavilə bağladığı şirkət ondan 10 kiloqram arıqlamağı tələb edib: “Açığı, ailəm üçün darıxdım, həm də gəldim ki, çəkimi azaldam. Geri qayıdanda foto çəkiliş olmalıdır. Buna görə də məndən 10 kiloqram arıqlamağımı istəyiblər”.
Samir Piriyev yay aylarında sənətçi Erkan Gülerüzlə Fransa, Belçika və Almaniyaya qastrola gedəcək: “Albomdan sonra konsertlərə start verilir. Türk musiqi analitikləri albomumun 90 faiz Türkiyəyə səs salacağına zəmanət verib. Albomumun təqdimat mahnısı Kəmalə Qasımovanın “Afv et, qürurum” mahnısıdır. Ümumiyyətlə, çox gözəl bəstələr var. Bir mahnını albomda 72 musiqiçi səsləndirib”.
Lalə Yusifqızı

831