Yeni ildə kim, harada, necə?... - SORĞU
2010-cu ili müğənnilərin əksəriyyəti sakit, hay-küydən uzaq qarşılayıb. 2009-cu ildə onları məyus edən iqtisadi böhrandan sonra ilin sonu və yeni ilin əvvəli Məhərrəm ayına təsadüf etdiyindən restoran və şou-proqramlarda iştirakları azalan sənət adamları fürsətdən yararlanıb. Onların əksəriyyəti ailə arasında yeni ili qarşılamağa üstünlük verib. Lent.az sənət adamlarının bəzilərinin ili harada və kimlərin əhatəsində qeyd etməsi ilə maraqlanıb.
Xalq artisti, xanəndə Aygün Bayramova yeni ili ailəsinin, doğmalarının arasında qeyd edib. Müğənni bayramlardan ən çox Novruz bayramını sevsə də, Yeni ilin gəlişinə biganə qalmayıb.
Xalq artisti Faiq Ağayev yeni ili öz heyəti ilə ölkədən kənarda qeyd edib. Müğənni Məhərrəm ayına görə təmtəraqlı mərasimlərdən bir qədər uzaq gəzməyə çalışdığını açıqlayıb.
Yeni ilin gəlişini könül açıqlığı ilə qeyd edən xalq artisti İlhamə Quliyeva olub. Müğənni bir neçə günlüyə kasıbçılığın daşını atıb. Dekabrın 30-dan başlayaraq Gəncə, Göygöl, Hacıkənd, Xanlar, Qəbələdə keçirib, düz ayın 3-nə qədər gəzməli-görməli məkanlarda olub, yaxşıca istirahət edib. Müğənnini oğlu Orxan, sənət dostu Ülvi Qılınc, mətbuat katibi Faiq Ələkbərli və digər dostları müşayiət edib.
Xanım müğənni dekabrın 31-də Gəncədə qonaq olub. “Türk sənət dünyasının kraliçası” bu əziz bayram günündə süfrəni yığışdırmamağı tapşırıb. Belə ki, həmin gün bir saatdan bir süfrə təzələnib...
Xalq artisti Nazpəri Dostəliyeva da yeni ilini ailə arasında qeyd edib. Müğənni oğulları Əli, Əkbər, gəlini Nərmin və nəvəsi körpə Tamerlan ilə yeni ili qarşılayıb. Müğənni Elnarə də ailə arasında bayramı qeyd edib.
Təzə gəlin İradə İbrahimovanın bayram hədiyyəsi ata və anasının Türkiyədə olması və yeni ailəsi ilə birlikdə qeyd etməsi olub. Bu günə qədər ailəsi ilə bayramı qeyd edən müğənni bu dəfə də ənənəsindən uzaq qalmayıb.
Təzə gəlin hesab olunan müğənni Aygün Bəylər yeni ilə 3 restorandan qazandığı qonorarla birlikdə qədəm qoyub. Müğənni zirək davranıb ilə ruzili ana kimi qədəm qoyub.
Əli körpəli müğənnilərdən olan müğənni Röya da aktivlik nümayiş etdirib. Sənətçi bayramı yarım saat sonra ailəsi və dostları ilə birlikdə qeyd edib
Şöhrət qapıları üzünə ikiəlli açılan ötən ilki “Eurovision” təmsilçimiz Aysel Teymurzadə asanlıqla sərhədləri aşıb. Müğənni Yeni il axşamı xaricdə olub.
Leyla

Oxşar yazılar

Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
2 may 2025 , 19:07
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu QOYULDU
2 may 2025 , 18:11"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal variantı - VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04
Filipp Kirkorovun "İnstagram" hesabı bloklandı
1 may 2025 , 22:41