İbrahimova yeni ili iki ailəsi ilə qeyd edəcək
İradə İbrahimova bu il Yeni ili böyük ailə arasında qeyd edəcək. Lent.az-a daxil olan məlumata görə, ailə qurandan sonra həyat yoldaşı ilə ilk dəfə Yeni ili birlikdə qeyd edəcək. Müğənni Türkiyədə 2010-cu ili qarşılamalı olacaq. Həmişə ailə üzvləri arasında bayramı qarşılayan müğənni özünə çıxış yolu tapıb, ailə üzvlərini- ana və atasını, bacılarını Türkiyəyə dəvət edib. İbrahimovanın iki ailəsi bayramı birlikdə qeyd edəcək.
Lalə Yusifqızı
Lalə Yusifqızı
663