Flora Kərimova İlhamə Quliyeva ilə birgə mahnı oxudu
Bu axşam ANS tamaşaçıları gözlənilməz hadisənin şahidi olacaqlar. Azərbaycan estradasının iki nəhəng divası - xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova 14 ildən sonra ANS-in efirində bir verilişdə görüşüblər.
Xatırladaq ki, korifey müğənnilər ilk və sonuncu dəfə 14 il bundan əvvəl Azərbaycan Dövlət Televiziyasında jurnalist Sevil Nuriyevanın verilişində bir yerdə çıxış ediblər.
Uzun bir müddətdən sonra aralarında olan umu-küsüyə baxmayaraq, Sevil Nuriyevanın müəllifi olduğu verilişdə bir ayara gələn hər iki müğənni həmrəylik nümayiş etdirib. Uzun illər bir-birini qəbul etməyən iki müğənni Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə çəkilən verilişdə bir araya gəlməyin mümkün olduğunu sübut ediblər.
Müğənnilərin iştirak etdiyi „Zərif Çərşənbə” verilişi bu gün axşam saat 22:00-da ANS-də nümayiş ediləcək. Biri-birinə düşmən kəsilən hər iki müğənni Azərbaycanın ən böyük dərdi olan Qarabağ üçün, Vətən üçün bir sırada ola biləcəklərini söyləyiblər. Torpağını, ölkəsini sevən hər iki müğənni, lazım gəldikdə, ən gərgin münasibəti, düşmənçiliyi unuda biləcəklərini nümayiş etdirib, BÖYÜK İNSAN olduqlarını göstəriblər.
Qeyd edək ki, verilişdə xalq artisti İlhamə Quliyeva Flora Kərimovanın müşayiəti ilə “Bayram gəlib elimə” mahnısını ifa edib.

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35