Gövhər Həsənzadə müğənniliyə başlayır
23 avqust 2010 13:18 (UTC +04:00)

Gövhər Həsənzadə müğənniliyə başlayır

Bu barədə Lent.az-a bəstəkarın mətbuat katibi Ceyran Nəriman məlumat verib.

Gövhər Həsənzadə mahnılarının toplandığı 6 diskin hazırlıqlarına başlayıb. Bəstəkar görüləcək işlərlə bağlı Türkiyəyə səfər edəcək: “Bu barədə daha öncə məlumat vermişdik. Sözügedən 6 diskdə Gövhər Həsənzadənin bu vaxta qədər bəstələdiyi mahnıların ən seçmələri yer alacaq. Disklərin sayının 6 olması Gövhər xanımın adının 6 hərfdən ibarət olması ilə bağlıdır. Hər bir albom Həsənzadənin adında cəm olan hərflərlə adlandırılacaq. Məsələn, birinci albom “G” hərfi ilə başlayacaq, ikinci “Ö” hərfi ilə və daha sonra “V, H, Ə, R,” hərfləri ilə adlandırılacaq. “Gövhər” adının mənası “inci” olduğuna görə hər bir hərfin altında Həsənzadə yaradıcılığının incilərindən ibarət ən seçmə mahnılar cəm olacaq”.

Mətbuat katibi bildirib ki, albomların birində bəstəkar mahnılarını özü oxuyacaq. Həsənzadənin ifasını səs aranjemançısı Samir Əsədov müşayiət edəcək. Bəstəkar və musiqiçi mahnıların bəzilərini duet şəklində ifa edəcəklər.

Gövhər Həsənzadə diskin təqdimatını konsert proqramı şəklində keçirməyi planlaşdırır. Konsertdə Türkiyə sənətçilərinin də iştirakı gözlənilir.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027

Oxşar yazılar