Müğənni Kərim Abbasov ona dəstək olan qohumlarından danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Show news” verilişində deyib:
“Mənə qayınatam, bacanaqlarım, qaynım köməklik edir. Məni batmağa qoymurlar. Kimin belə qayınatası var? Amma ən çox qaynanamı sevirəm. Qayınata və qaynana baxımından yarımışam. Qayınatam oğlumu necə böyüdürsə, uşaq ancaq yatanda evə gəlir. Mənə bu həyatda heç kim qadağa qoya bilməz. Əks halda, evdə çevriliş ola bilər. Yoldaşım çox qısqancdır”.