Bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişən oğlu barədə danışıb.
Lent.az-ın məlumatına görə, bəstəkar "Səhər-səhər" verilişində bildirib ki, övladının ölüm xəbərini xəstəxanada eşidib:
"Mən evdə tələbəmə dərs keçirdim. Oğlum pişiyi çox sevirdi. Birdə gördüm ki, pişik yanıma gəldi və bərk səs çıxardı. Qəribə hərəkətlər edirdi. Həmin anda da yoldaşıma zəng gəldi, gördüm ki, narahat oldu və evdən getdi. Daha sonra yoldaşım xəstəxanadan mənə zəng elədi ki, qorxma, uşaq dənizdə çoxlu su udub, xəstəxanadadı. Mən də getdim xəstəxanaya və orada öldüyünü bildim. Oğlum dənizdə boğulub öldü. Bizdən dənizə getmək üçün icazə istəmişdi, vermədik. Dedik ki, bir həftə sonra ad günündü. Ad günündə gedərik. Onu itirəndə çox insanlar mənə təsəlli sözlər dedi. Amma bir qadının dediyi söz məni ayıltdı. Dedi ki, bizim şəhidlərimiz var, sənin ağlamağa ixtiyarın var? O sözdən sonra ağlamağa utandım".