Müğənni Xatirə İslam sosial şəbəkədə ona yazılan tənqidi rəylərdən söz açıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Show news" verilişində deyib:
"Pisəm? Bəlkə, dəliyəm, başım işləmir? Bəlkə, etdiyim hansısa hərəkətə görə peşman olmuşam? Siz etməyin, sonra peşman olmayın. Mütləq mənim kimi olmalısınız? Dilliyəm, siz olmayın. Siz ağıllı qız olun. Kaprizli insan deyiləm, yalanı sevmirəm, düzlüyü xoşlayıram. İstəmirəm kimdənsə istifadə ediləndə. Mənimlə mən olun. Qanımdadır, rola girə bilmirəm. Nə qədər çalışsam da, obraza girməyi alındıra bilmirəm. Əgər mənim damarımı tutdunsa, dünyada məndən rahat adam ola bilməz.
Kinli insan deyiləm. Amma çox səhvi bağışlaya bilmərəm. Deyib-gülərəm, içimdə onu unutmaram".