"Mənim üçün o ulduz deyil" - Nadir Qafarzadə
19 mart 2020 12:07 (UTC +04:00)

"Mənim üçün o ulduz deyil" - Nadir Qafarzadə

"Mən müğənnilərin prodüserinə zəng etmərəm. O sənətçi kimin üçünsə ulduz ola bilər, amma mənim həmkarımdır. Yəni o mənimçün ulduz deyil”.

Lent.az-ın məlumatına görə, bu sözləri "MTV"yə müğənni Nadir Qafarzadə deyib.

"Müğənninin komandası olması vacibdir, amma baxır hansı komanda. Mən o komandanı 2006-cı ildə Rusiyaya gedəndə görmüşdüm. Orada prodüserim, direktorum, yerimə danışan başqası idi. Mətbuat katibim diktə edirdi, sən bunları deməli, bunları itməməlisən. Stilist, modelyer başqa idi. Komanda yaxşı şeydir, amma peşəkar olanda. Onlar sənin yanında gəzməməlidir. Bizimkilər tamaşaçıya demək istəyir ki, mən nə qədər adamla işləyirəm. Əslində boş şeydir. Azərbaycan balaca ölkədir. Müğənninin nə işi ola bilər ki?"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2156
avatar

Yalçın UĞUR

Oxşar yazılar