"Mən 2005-ci ildə müsahibəmdə demişdim ki, mən 21-ci əsrin gözəllik şahzadəsiyəm".
Lent.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Şou ATV"-də deyib.
O bildirib ki, həyatından məmnundur:
"İndi də şahzadə kimi yaşayıram. Bütün xanımlarımızı şahzadə kimi görmək istəyirəm. Azərbaycan xanımları ismətləri ilə digər xalqların xanımlarından seçilməlidir. Bəzən xanımlar şeytana uyurlar. Bir ana, bacı, insan kimi xanımlarımıza deyirəm ki, şeytana uymayın. Lənət şeytana deyin".