Müğənni Nadir Qafarzadə "Üçəlli" verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı verilişdə bildirib ki, xüsusi karantin rejimi günlərinin bir çox insanlara xeyri var:“Virusun gəlişi çox fəsadlar yaratsa da, amma bir çox şeylərdə insanları ayıltdı. İnsanlar biri-birilərini sevməyə başladı, hətta nifrət də oyatdı.
İndi belə bir hal başlayıb, “Filankəs imkanlı, filankəs imkansız”dır. Məsələn, siz anadan olanda artıq Allah tərəfindən aktyor olacağınız taleyinizə yazılmışdı. Fəhlə olanda, taleyimə fəhləlik düşmüşdü. Biz bunu necə dərk etmirik ki, kiminsə fəhlə olmağı mənim günahım deyil. Kiminsə professor olması da mənim savabım deyil. Bunu bizim üçün Allah yazır. Sən sadəcə olaraq məqsədinə çatmaq üçün irəliləmirsən. Tez həyatdan küsürsən, ruhdan düşürsən. Gəlin, bu məslələrdə biri-birimizə ehtiyyatlı yanaşaq. Bu günlər bitəcək, 1 ay oldu keçdi. Koronavirus dövründə Allah biri-birimizi tanıtmağa imkan verdi. 20-30 manatlıq bağlama yardımlar da bitəcək, yenidən gözəl yaşayacaqsınız. Ruhdan düşmək lazım deyil. Müvəqqəti çətinlikdir, bir imtahandır. Kimsə bundan alnıaçıq, üzüağ çıxır, kimsə....”.