Mətbəx üçün qeyri-adi aksessuarlar - <span style="color:red;">"Evimizi bəzəyək"
25 sentyabr 2019 19:56 (UTC +04:00)

Mətbəx üçün qeyri-adi aksessuarlar - "Evimizi bəzəyək"

Lent.az-da "Evimizi bəzəyək" adlı yeni layihə başlayır.

Bu layihədə evlərinizi daha gözəl qurmaq üçün sizlərə kömək etməyə çalışacağıq.

Əksər xanımlar günlərinin daha çox hissəsini mətbəxdə keçirir və orada istifadə edilən avadanlıqlara xüsusi diqqət ayırırlar. Elə buna görə də ilk işimizə mətbəx bölümündən başlayırıq.

Mətbəxinizi daha gözəl qurmaq üçün mütəxəssislərin məsləhətlərinə diqqət edin.

Bir mətbəxi necə qursaq daha gözəl olar?

Mütəxəssislər deyir ki, hər mətbəxə lazım olacaq bir neçə əsas qaydalar var:

Bu qaydaları təqdim edirik:

Əvvəlcə gündəlik istifadə edilən qablardan başlayaq. Gündəlik istifadə edilən mətbəx əşyalarınızı öndə saxlayın. Tez qırıla biləcək, zərif qabları mümkün qədər üst rəflərə yerləşdirmək lazımdır.

Yerə qənaət etmək üçün, qazanlar və böyük qablar iç-içə qoyulsa da, aralarına kağız dəsmal qoyaraq cızılmasının qarşısını ala bilərsiniz.

Və istifadə edəcəyiniz əşyaları lazım olacaq istiqamətdə yerləşdirin. Məsələn, yemək bişirmək üçün lazım olan əşyaları ocağa yaxın, soyuducu üçün istifadə edilən qabları soyuducuya yaxın yerləşdirsəniz sizin üçün daha rahat olar.

Qeyd edək ki, mətbəx dizaynı hər evə və ailəyə görə dəyişə bilər:

Məsələn, hər yeməkdə salat istifadə edirsinizsə gündəlik boşqablarınızla yanaşı müxtəlif çeşiddə, salat qabları düşünə bilərsiniz. Və ya ədviyyatlardan daha çox istifadə edirsinizsə, onları ön plana çıxara bilərsiniz.

Bundan başqa şkafınızın daha səliqəli görünməsi üçün çox qab-qacağa deyil faydalana biləcəyiniz əşyalara üstünlük verin. Əgər evinizdə istifadə etdiyiniz əşyalar çoxluq təşkil edirsə, şkafı səliqəsiz yığmaqdansa zövqlü aksessuarlardan istifadə edin. Məsələn, divardan asılan zənbillər və ya tavana asılmış mətbəx aksesuarları və s.

Eyni zamanda qurduğunuz mətbəxin təmizliyinə də diqqət etməlisiniz.

Şkaflarınızın hazırlandığı materiala uyğun yuyucu vasitələrdən istifadə edərək, içini yaxşıca təmizləyin. Yuyucu vasitələrdən istifadə edərkən içinə sirkə töksəniz, daha yaxşı nəticə əldə edə bilərsiniz. Mebeli təmizləyəcəyiniz dəsmal yumşaq olmalıdır ki, onu cızaraq zərər verməsin. Və təmizlikdən sonra şkafın içi tamamilə qurumadan əşyaları yerləşdirmək məsləhət deyil .

Mətbəxinizi səliqəli və faydalı etmək üçün, bir az araşdırma aparmalısınız.

Unutmayın ki, mətbəxinizi düzgün qursanız, gündəlik həyatınızda özünüzü daha rahat və komfortlu hiss edəcəksiniz.

Hazırda mətbəxinizi bəzəməyə daha çox imkanlarınız var. Bütün alış-veriş mərkəzlərindən maraqlı aksessuarlar əldə edə bilərsiniz.

Lent.az sizə onlardan bəzilərini təqdim edir:

 
 
 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar