Əncir qurusunun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla əncir qurusunun necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
Əncir
Hazırlanma qaydası:
Əncirləri yuyub qabığını soyuruq. Sonra qazanı ocağa qoyub, əncirin qabıqlarını, üzərinə isə su əlavə edirik. Su qaynağa düşdükdən 3-4 dəqiqə sonra ocağı söndürüb əncirin qabıqlarını sudan çıxarıb süzürük.
Qabığı qaynatdığımız suyu təkrar ocağa qoyub içinə əncirləri əlavə edirik. Meyvələr də suda bir az qaynadıqdan sonra ocağı söndürüb meyvələrin suyunu süzürük. Sininin içinə kağız sərib üzərinə əncirləri düzürük. Daha sonra meyvələri günün altına qoyub ən azı 3 gün saxlayırıq ki, qurusun. Tamam quruduqdan sonra istifadə edə bilərsiniz.
Nuş olsun!
1641