İnsanların əksəriyyətinin sevimli aksesuarlarından olan günəş eynəkləri 2020-ci ildə geniş dəbdə olacaq.
Lent.az Türkiyə mətbuatına istinadən bu il dəbdə olacaq günəş eynəklərini təqdim edir:
Artıq insanlar arasında fikir ayrılığı yaradan kiçik çərçivəli gün eynəkləri, keçmişdə qaldı.
Çünki 2020-ci ilin trendi böyük çərçivəli eynəklərdir. Son illər dəbdə olan pişik gözü, dəyirmi və düzbucaqlı eynəklər bu mövsüm daha böyük görünüşdə olacaq.
Bununla yanaşı, oval, idman stilində və dəyirmi eynəklərdə böyük ölçüdə gündəmə gələcək.
Onu da qeyd edək ki, tünd qara və ya qəhvəyi rəngli eynəklər də mövsümün trendidir.