Görüntülü söhbətlərinizi belə rəngləndirin - FOTOLENT
10 aprel 2020 13:50 (UTC +04:00)

Görüntülü söhbətlərinizi belə rəngləndirin - FOTOLENT

Hazırda çoxumuz #evdəqal çağırışına əsasən dostlarımızla video konfrans, görüntülü söhbətlər edirik. Bəs həmin söhbətlərdə öz görüntümüzdən razıyıqmı? Hər söhbətdə necə fərqli görünə bilərik?

Lent.az bu barədə mütəxəssislərin fikrini sizə çatdıracaq.

 Bunun üçün isə əsasən rəngli göz kölgələrindən istifadə edin.

 Əvvəllər bundan istifadə edəcəyinizi heç ağlınıza gətirməmişdiniz bəlkə. Amma indi zamanı çatdı.

 Parlaq makiyaj

 

Nə qədər eyni görünmək olar? Fərlilik budur. Özü də bu makiyaj 2020-ci ilin trendi hesab olunur.

 Qızılı dodaq və gözlər

 

Makiyajın qızıl qaydalarından biri budur ki, dodaq və gözlər əlaqəli rənglərdə boyansın. İndi isə bütün əzbərləri unudun. Fotoda gördüyünüz kimi, dodaqları və gözləri qızılı rəngə boyaya bilərsiniz. Bu çox cəsur addımdır.

 Firuzəyi ton

 

 

Bu rəng əslində gündəlik makiyajınıza uyğun bir "sərin" seçim deməkdir. Makiyajınızdan paltarlarınıza kiçik istinadlar etməkdən çəkinməyin.

 Yaşıl çalarlar

 

Yaşıl tonlar uzun müddətdir ki, həyatımızda var. 2000-ci illərin əvvəllərində yaşıl göz layneri trendi ilə həyatımıza girdi. Bu tendensiya ilə rəngli gözlər daha gözəl formada ortaya çıxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067
avatar

Oxşar yazılar