Abşeronda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə günorta saatlarında Məmmədli qəsəbəsində, Bakı yeni yaşayış kompleksində qeydə alınıb. Tanımadığı şəxs 27 yaşlı İbrahimli Mirəli Aqil oğluna 1 ədəd bıçaq xəsarəti yetirib. Nəticədə M. İbrahimli Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hadisəni törədən 42 yaşlı Qasıməliyev Rəhman Rəsul oğlu şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.