Yaşadığı evdə 2 kilodan çox heroin saxlayırmış
15 iyun 2021 13:09 (UTC +04:00)

Yaşadığı evdə 2 kilodan çox heroin saxlayırmış

Lənkəranda evdən külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Lənkəran şəhər sakini V.Əbdulovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 230 qram heroin, 192 qram tiryək, 230 qram metamfetamin, 2 ədəd elektron tərəzi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Mehman Nəbiyev

Oxşar yazılar