Bir qədər əvvəl Moskva şəhər məhkəməsi “Yaponçik” ləqəbli criminal avtoritet Vyaçeslav İvankovun qatilləri Murtazi Şadaniya və Canbul Canaşiya barəsində hökm çıxarıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən xəbər verir ki, Şadaniya 15, Canaşi isə 16 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli müəssisədə çəkəcəklər.
***
saat 10.37
Moskva şəhər məhkəməsində prokuror “Yaponçik” ləqəbli “qanuni oğru” Vyaçeslav İvankovun qatillərinə üst-üstə 33 il həbs tələb edib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, prokuror Cambul Canaşiyaya 16, Murtazi Şadaniyaya isə 17 il iş oxuyub.
İstintaq nəticəsində məlum olub ki, 28 iyul 2009-cu ildə Kaxa Qazayev, Murtazi Şadaniya, Nuqzar Papava və Cambul Canaşiya “Tayskiy slon” restoranına gəliblər. İvankov restorandan çıxarkən o güllələnib. O, bir neçə ay sonra isə xəstəxanada vəfat edib.