Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Pərviz Allahverdiyevi saxlayıblar.
Lent.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Onun 10 baş xırdabuynuzlu heyvan oğurlaması müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.