Xaçmazda baş verən qətllə bağlı təfərrüatlar ortaya çıxıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az--ın sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb.
Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.
Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
***
Saat: 10:02
Xaçmazda naməlum kişi meyiti tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Qudyalçayın kənarında üzərində bıçaq xəsarətləri olan kişi meyiti tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.