Xaçmazda DƏHŞƏT:  qazi borc söhbətində şəriyini öldürdü
20 sentyabr 2025 09:52 (UTC +04:00)

Xaçmazda DƏHŞƏT: qazi borc söhbətində şəriyini öldürdü

0

Xaçmazda qətl hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağtala kəndində qeydə alınıb.

Kənd sakini, 2-ci Qarabağ müharibəsi iştirakçısı 32 yaşlı Emin Baxışov mübahisə zəminində həmkəndlisi, 37 yaşlı Kənan Cəbiyevi bıçaqla qətlə yetirib.

Polis əməkdaşları tərəfindən E.Baxışov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar ortaq meyvə alveri ilə məşğul olublar. Onlar arasında qətllə nəticələnən mübahisə isə pul borcuna görə olub. Məlumata görə, Emin Baxışovun Kənan Cəbiyevə pul borcu olub. Kənan borcunu almaq üçün Eminlə görüşüb. Lakin görüş zamanı borcu vermiyib və nəticədə iddialara görə, Kənan onu söyüb. Eminin də söyüşə görə onu bıçaqladığı bildirilir.

Hazırda hadisənin detalları barədə istintaq orqanı tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 742

Oxşar yazılar