Türkiyədə azərbaycanlı kişi küçədə qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Bahçelievler qəsəbəsində Mithatpaşa küçəsində baş verib.
16 yaşlı D.Ç. və anası 51 yaşlı G.Ç. küçədə qarşılaşdıqları 25 yaşlı Rasif Hüseynovla mübahisə ediblər. Mübahisə zamanı ana və qızı Rasifi bıçaqlayıblar. Bu zaman hadisəyə müdaxilə etmək istəyən İ.Ç. adlı kişi də bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.
Lakin görülən tədbirlərə rəğmən Rasif Hüseynovu xilas etmək mümkün olmayıb.
Polis qısa müddətə ana və qızını saxlayıb. Onlar barəsində qəsdən adamöldürmə maddəsilə cinayət işi açılıb.