11:00 8 aprel 2021

Tanışını öldürən kişi HƏBS EDİLDİ

Kürdəmirdə başverən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 8-də saat 3 radələrində Kürdəmir şəhər sakini, 52 yaşlı Səmədov Arif Abduləziz oğlunun sağ budun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına daxil olması və almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Babayev İsmayıl Bəhrəm oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Arif Səmədova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilərək, müvafiq ekspertizalar təyin edilib. İsmayıl Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

# 438
avatar

Mehman Nəbiyev

Oxşar yazılar