Tanınmış güləşçi sevgilisinin oğlunu öldürüb basdırdı
02 oktyabr 2025 13:02 (UTC +04:00)

Tanınmış güləşçi sevgilisinin oğlunu öldürüb basdırdı

0

Dağıstanda 49 yaşlı tanınmış sərbəst güləş məşqçisi 28 yaşlı oğlu ilə birlikdə qətl törədib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, ata-oğul 18 yaşlı gənci amansızcasına öldürüblər.

Hadisə Dərbənd şəhərində baş verib. Məşqçi oğlu ilə birgə sevgilisinin 18 yaşlı oğlunu əvvəlcə döyüb, sonra isə şəhərdən kənara apararaq qətlə yetiriblər. Cəsəd basdırılıb, lakin hüquq-mühafizə orqanları tezliklə cinayətkarların izinə düşüblər.

Gömü yeri aşkarlanıb və şübhəlilər isti izlərlə saxlanılıblar. Hazırda ata və oğul etirafedici ifadələr verirlər. Onlara qarşı “Qrup halında, əvvəlcədən əlbir olaraq adam öldürmə” maddəsi üzrə cinayət işi açılıb. Bu ittiham onları uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə üz-üzə qoya bilər.

Məlumata görə, idmançı mərhum gəncin anası ilə münasibətdə olub. Oğlan isə bu əlaqəyə qəti şəkildə qarşı çıxaraq, dəfələrlə münasibətlərin davam etməsinə mane olmağa çalışıb və məşqçinin evində dava salıb. İstintaqın məlumatına görə, gənc bu mövqeyini "ailə şərəfi" anlayışları ilə əsaslandırıb. Münaqişə qətldən bir gün öncə pik həddinə çatıb. Gənc açıq şəkildə anasının sevgilisinin ailəsini hədələməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar