Taksidən ən təhlükəli narkotik tapıldı
07 aprel 2021 13:03 (UTC +04:00)

Taksidən ən təhlükəli narkotik tapıldı

Biləsuvar rayon Polsi Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini V.İsmayılovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu zaman onun sərnişini - Gəncə şəhər sakini E.Abuzərliyə məxsus 2 kiloqramdan artıq heroin və 301 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

# 1866
avatar

Mehman Nəbiyev

Oxşar yazılar