Narkotikə görə tutulan Arif Muhumayev
17 iyun 2021 11:02 (UTC +04:00)

Narkotikə görə tutulan Arif Muhumayev

Taksidə kisə ilə narkotik daşıyırdı... - FOTO

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon ərazisində hərəkət edən “VAZ-2115” markalı avtomobildə sərnişin qismində əyləşən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Arif Muhumayevin satış məqsədilə üzərində külli miqdarda narkotik vasitə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Avtomobil saxlanılıb və şəxsi axtarış zamanı A.Muhumayevin üzərində daşıdığı sintetik kisədən 6 kiloqram narkotik vasitə -qurudulmamış marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

# 1506
avatar

Mehman Nəbiyev

Oxşar yazılar