Cinayətdə istifadə olunan avtomobil
27 may 2021 12:35 (UTC +04:00)

Cinayətdə istifadə olunan avtomobil

Taksi sürücüsü cildinə girən narkotacir yaxalandı - VİDEO

Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində, eləcə də, Abşeron rayonunun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Əsədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 100 qrama yaxın psixotrop maddə olan metamfetamin, 15 qram narkotik vasitə heroin, satışı qadağan olunan psixotrop tərkibli dərmanlar və narkotik vasitələrin satışı üçün nəzərdə tutulan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Ceyhun Əsədovun ətrafında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib o, Sumqayıt şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışını həyata keçirib. Həmin şəxs məsuliyyətdən yayınmaq üçün taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olub.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Abşeronda narkotik alverçisi saxlanılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Mehman Nəbiyev

Oxşar yazılar