Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən A. Q-nın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi keçirilən məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən A.Q-nın 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən A.Q-nın 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Xatırladaq ki, həyat yoldaşından ayrılan 1989-cu il təvəllüdlü Ə. Q. yeniyetmə oğlu 2009-cu il təvəllüdlü A. Q ilə 2025-ci ilin avqustunda Türkiyədən Bakıya gəliblər.
Onlar birgünlük ''Bakı Beynəlxalq Avtovağzal Kompleksi''nin daxilində yerləşən hoteldə gecələməli olublar. A. Q. anasına Türkiyədə geyindiyi qısa ətək və şortlarını Bakıda da geyinməsinə icazə verməyib. Bu zaman onlar arasında mübahisə yaranıb. A. Q. oteldə anası Ə. Q. bıçaqla bir neçə dəfə zərbələr endirərək onu qətlə yetirib.
Faktla bağlı cinayət işi qaldırılmış, A.Q. qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülüb.