“Şaxta baba” mağaza sahibi ilə selfi çəkdirib onu öldürdü  - HADİSƏ ANI
03 yanvar 2025 13:00 (UTC +04:00)

“Şaxta baba” mağaza sahibi ilə selfi çəkdirib onu öldürdü - HADİSƏ ANI

Rusiyada “Şaxta baba” paltarı geyinmiş silahlı mağaza sahibini güllələyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisədən əvvəl onlar hətta birlikdə selfi də çəkiblər.

Hadisə yanvarın 2-də günorta saatlarında Çuvaşiyada Kanaş şəhərindəki mağazada baş verib. “Şaxta baba” paltarı, ağ keçə çəkmə və eynək geyinən, üzərində ov tüfəngi olan adam mağazaya girib.

Həmin vaxt obyektdə yalnız onun sahibi 44 yaşlı Yuri S. olub. Kişilər birlikdə danışıb şəkil çəkdiriblər. Bundan sonra “Şaxta baba” sahibkarı güllələyib.

Bir neçə saatdan sonra qatil saxlanılıb.

Məlumata əsasən, öldürülən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. 

İlkin səbəb qisasdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Oxşar yazılar