Saatlıda narkotik qəbul edib maşın sürən 2 sürücü  həbs edildi
07 fevral 2025 08:31 (UTC +04:00)

Saatlıda narkotik qəbul edib maşın sürən 2 sürücü həbs edildi

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən R.Abbasov və K.Piriyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Abbasov və K.Piriyev 15 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar