Ruhi xəstə Bakıda icra hakimiyyətindən oğurluq etdi
07 iyun 2021 13:42 (UTC +04:00)

Ruhi xəstə Bakıda icra hakimiyyətindən oğurluq etdi

Bakının Xəzər rayonunda oğurluq hadisəsi olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, iyunun 5-də İcra Hakimiyyətinin həyətindəki işıq dirəklərindən 1000 manat dəyərində 20 ədəd plafon oğurlanıb.

Əlahiddə Çevik Polis Alayı və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə, əvvəllər məhkum olunmuş F.Qasımov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Mehman Nəbiyev

Oxşar yazılar