"Rövşən Lənkəranski"nin adamı 6 güllə ilə ÖLDÜRÜLDÜ  - YENİLƏNİB
27 oktyabr 2022 11:05 (UTC +04:00)

"Rövşən Lənkəranski"nin adamı 6 güllə ilə ÖLDÜRÜLDÜ - YENİLƏNİB

Türkiyədə azərbaycanlı kriminal avtoritetin öldürülməsi ilə bağlı bir sıra detallar üzə çıxıb.

Lent.az xəbər verir ki, hadisə oktyabrın 26-ı saat 17 radələrində İstanbul şəhərinin Ataşəhər qəsəbəsinin Ercüment Batanay küçəsində qeydə alınıb.

Məlumata əsasaən, Elnur Qasımov digər 3 azərbaycanlı ilə küçədə gəzirmiş. Bu zaman sonradan adı bilinən Nicat adlı şəxs avtomobillə onlara yaxınlaşaraq, silahdan atəş açıb. E. Qasımov ağır yaralanaraq, yerə yıxılıb. Araşdırmalar zamanı onun bədəninə 6 güllə dəydiyi məlum olub.

Dərhal dostları E. Qasımovu xəstəxanaya aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

***
Saat: 10:39

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

Lent.az xəbər verir ki, kriminal aləmdə "qardaşoğlu" ləqəbli ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən öldürülüb.

Elnur Qasımov "Rövşən Lənkəranski" kimi tanınan mərhum "qanuni oğru" Rövşən Canıyevin tərəfdarı olub. 

Elnur Qasımovun qardaşı Emin Qasımov da kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır.

Qətli törədən Nicat adlı şəxsin isə digər mərhum qanuni oğlu "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

Elnur Qasımovun dəfn olunması üçün cənazəsi Bakıya göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11559
avatar

Oxşar yazılar