Mayın 15-də Xətai rayonu ərazisindəki evlərin birindən 6500 manat, 800 dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qusar rayon sakinləri R.Əlifova və bacısı saxlanılıblar.