Rayonda narkotacir tutuldu: etiraf etdi ki.. .  -  FOTO
04 noyabr 2021 11:22 (UTC +04:00)

Rayonda narkotacir tutuldu: etiraf etdi ki.. . - FOTO

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan İbrahimov şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə qablaşdırılmış 1.6 qram metamfetamin (patı), 11 qramdan çox heroin və 3 qrama yaxın marixuana, yaşadığı evdən işə 255 qram heroin və 475 qram marixuana aşkar edilib.

Dindirilmə zamanı R.İbrahimov qanunazid əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1470
avatar

Mehman Nəbiyev

Oxşar yazılar