Rayon sakinini Bakıda döyüb pulunu aldılar
21 iyun 2021 22:21 (UTC +04:00)

Rayon sakinini Bakıda döyüb pulunu aldılar

Yasamalda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə müraciət edən Gədəbəy rayon sakini R.İsmayılzadə iyunun 19-da 2 nəfərin onu döyüb bıçaqla hədələyərək 329 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini A.Həsənov və Bakı şəhər sakini İ.Əhmədov müəyyən edilərək saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Mehman Nəbiyev

Oxşar yazılar