Rayon sakinindən 7 kilodan çox narkotik tapıldı-FOTO
11 iyun 2021 09:47 (UTC +04:00)

Rayon sakinindən 7 kilodan çox narkotik tapıldı-FOTO

Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
  
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb. Onların kənd ərazisindəki sahədə uzunluğu 80 sm-dən 220-sm-dək, ümumi çəkisi 107 kiloqramdan artıq olan 80 ədəd çətənə bitkisini aqrotexniki qaydada yetişdirdikləri müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman əlavə olaraq 7 kiloqram 765 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb. 
 
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində  araşdırmalar davam etdirilir.

Yevlaxda əkilən narkotiklər

# 1527
avatar

Mehman Nəbiyev

Oxşar yazılar