Moskva yaxınlığındakı Lyubertsıda qəssab arvadını bıçaqlayıb, o, onu bıçaq itiləməməkdə ittiham edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Lyubertsıda, Malaxovski ət kombinatının qəssabı, bıçaq itiləyən 50 yaşlı Aleksey işdən sonra həyat yoldaşı ilə nahar edərmiş. Kişi yemək zamanı araq çıxarıb içməyə başlayanda cütlük arasında mübahisə yaranıb.
Aleksey alkoqol asılılığı barədə arvadının ittihamlarına dözüb. Amma qadın onun peşəsinə söz ataraq, bıçağı yaxşı itiləyə bilmədiyini deyib. Bu zaman kişi artıq dözə bilməyib. Qəssab mətbəx bıçağını götürərək arvadının qarnına batırıb.
Zərərçəkən təcili xəstəxanaya yerləşdirilib. Həkimlər möcüzəvi şəkildə onun həyatını xilas edə biliblər.
Həmin şəxsə qarşı “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb. Onu 10 ilə qədər həbs gözləyir.