2020-ci il sentyabrın 17-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 9750 manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini G.Şükürova saxlanılıb.