Özünü asan 40 yaşlı qadının İNTİHAR SƏBƏBİ...  - TƏFƏRRÜAT
29 may 2021 11:00 (UTC +04:00)

Özünü asan 40 yaşlı qadının İNTİHAR SƏBƏBİ... - TƏFƏRRÜAT

Şəmkirdə baş verən intiharla bağlı bir sıra detallar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, rayonun Şiştəpə kəndində yaşadığı evin həyətində asılmış meyiti tapılan Samirə Quliyeva ilə 15 yaşlı oğlu arasında münaqişə yaranıb.

Belə ki, 40 yaşlı Samirə iddiaya görə, başqa kişi ilə sosial şəbəkədə yazışırmış. Oğlu da bundan xəbər tutub.

Samirə Quliyevanın məhz bu səbəbdən canına qəsd etdiyi bildirilir.

Hazırda faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şəmkirin Şiştəpə kənd sakini Samirə Quliyeva yaşadığı evin həyətində özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Meyit müayinə olunması üçün rayon məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3204
avatar

Mehman Nəbiyev

Oxşar yazılar