Ötən il oğurladığı pullar bu il "BURNUNDAN GƏLDİ"
06 mart 2021 12:00 (UTC +04:00)

Ötən il oğurladığı pullar bu il "BURNUNDAN GƏLDİ"

Ötən illərdən bağlı qalmış cinayətlərin açılmasının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Lent.az-a  verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş iki oğurluq faktının açılması təmin edilib.

Belə ki, rayonun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3 440 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyalarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Oxşar yazılar