Mayın 3-də Sabunçu rayonu ərazisindəki evlərin birindən 4850 manat dəyərində 3 ədəd televizor, 2 ədəd oyun aparatı, musiqi aləti və mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilnə məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Hüseynov, R.Hüseynov, S.Tofidi və Şirvan şəhər sakini K.Hüseynov saxlanılıblar.