Mayın 17-də saat 22 radələrində Xətai rayonu R.Məmmədov küçəsindəki marketlərin birində satıcı qadını bıçaqla hədələyən şəxs kassadakı 700 manat pulu talama yolu ilə ələ keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Abşeron rayon sakini F.Axundov və Xaçmaz rayon sakini Ə.İsgəndərov müəyyən edilərək saxlanılıblar.
Hadisənin "OBA" marketdə baş verdiyi bildirilir.